Qusar Şəhidlər Xiyabanıdakı KOBUD SƏHV

27-03-2023, 16:56           
Qusar Şəhidlər Xiyabanıdakı KOBUD SƏHV
Sosial şəbəkələrdə Qusar şəhərindəki Şəhidlər Xiyabanı ilə bağlı utancverici mənzərə paylaşılıb. Fotoda görünür ki, məşhur beytdəki “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” sözlərindən istifadə edilərkən ciddi səhvə yol verilib.

Beləki, həm “əgər”sözü unudulub. Bundan başqa “Torpaq” sözündən sonra vergül əvəzinə tre işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb.
TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini Şahid Fərəməzov Bizim.Media-ya bildirdi ki, vəziyyətdən xəbərsizdir:

“Sizin məlumatınızdan sonra məsələni araşdıracağıq. Baş vermiş yanlışlıq aradan qaldırılacaq. Hazırda bu işə məsul olan dizayenrimiz Bakıdadır, çalışacağıq ki, sabah qüsuru aradan qaldıraq. Və Sizə əlavə məlumat veriləcək”.

Biz isə öz növbəmizdə məsələni diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru