Bank sektorumuz rəsmən DİLƏNÇİ GÜNÜNDƏDİR...

28-03-2023, 12:40           
Bank sektorumuz rəsmən DİLƏNÇİ GÜNÜNDƏDİR...
"Şikayətim "Rabitabank"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mətanət Alqayeva adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Martın əvvəlində 80 azn-ə yaxın bonusum silindi. Səbəbi soruşulduqda isə müqavilənin neçəncisə bəndində hər il mart ayının əvvəli silinəcəyinin qeyd edildiyi deyildi.
Sahil filialında 2 saat növbə gözlədikdən sonra o qədər sənədlər arasında bu kiçik cümləni tapıb oxumaq üçün vaxt yox idi.
Bəs niyə həmin vaxt əməkdaş bu haqda məni xəbərdar eləmədi?
Və ya hər an telefona kredit, yardım və s. kimi bildirişlər gəlirsə, silinəcəyi haqda da bildiriş əvvəlcədən gəlmədi?
Bu haqda səhifələrinə yazdım. Amma yorumu silib, mesajı cavablamamaqla kifayətləndilər.
Artıq bir il idi ki, ancaq bu debit kartdan istifadə edir və hamıya da bu kartı məsləhət görürdüm. Bu hadisədən sonra Rabitabank mənim yaddaşımda etibarsız, güvənilməz, müştəri dostu olmayan, məsuliyyətsiz bir bank olaraq qalacaq".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru