5 bankda axtarışlara başlanılıb

28-03-2023, 16:44           
5 bankda axtarışlara başlanılıb
Son günlər dünya iqtisadiyyatının gündəmində olan mövzulardan biri banklardır.

Bir neçə məşhur dünya banklarının bağlanmasından sonra hazırda Fransanın paytaxtı Parisdə yerləşən bir neçə bankın fəaliyyətinə nəzarət aktuallaşıb.

Cebhe.info xəbər verir ki, Milli Maliyyə Prokurorluğu (PNF) tərəfindən “Societe Generale”, “BNP Paribas”, “Exane”, “Natixis” və “HSBC” banklarında axtarışlar aparılır.

Prokurorluq bu 5 bankın La Defense bölgəsindəki qərargahına, onların "çirkli pullar"ı "yuduqları" və yüksək dərəcədə vergidən yayındıqları səbəbi ilə basqın edib. Axtarışın 2021-ci ilin dekabrında açılmış ilkin araşdırmalar çərçivəsində aparıldığı bildirilir.

Sözügedən istintaqa bu bankların xarici səhmdarlar üçün dividend vergisindən yayınmağa yönəlmiş "Cum-Ex" tətbiqi ilə əlaqədar "çirkli pullar"ın yuyulması və yüksək vergilərdən yayınması ilə bağlı fayllar daxildir.

“Le Monde” qəzetinin 2018-ci ildə bankların bu yolla hər il Fransaya milyardlarla dollar zərər vurması barədə məlumat yaymasından sonra prokurorluq 2021-ci ildə ilkin araşdırmaya başlayıb.

Avropada, xüsusilə Almaniya və Hollandiyada buna bənzər istintaq aparıldığı bir vaxtda, "Cum-Ex"in Avropa miqyasında 20 ildə 140 milyard avroya başa gələcəyi təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru