Saxta diplomlu müəllimlər sertifikasiya imtahanında - məsələ kökündən necə həll edilə bilər...

30-03-2023, 10:49           
Saxta diplomlu müəllimlər sertifikasiya imtahanında -
Elçin Əfəndi: “Saxta diplom 2012-ci ildən əvvələ aiddirsə onun sahibi sertifikasiyaya cəlb oluna bilər, ancaq…”

İstənilən sahədə saxta diplomlu şəxslərin fəaliyyət göstərməsi həmin sahənin inkişafına deyil, tənəzzülə doğru getməsinə rəvac verir. Çox təəssüf ki, saxta diplomlu şəxslər respublikanın orta təhsil sisteminə də sirayət edə biliblər. Onlar arasında nəinki sıravi müəllimlər, hətta məktəb direktorları, dərs hissə müdirləri də var.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, bu gün orta ümümtəhsil məktəblərində saxta diplomlu müəllimlər var: “15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimiz olub. Belə tendensiya olub. Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən”.

Sözügedən mövzu ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr açılır. Bəziləri saxta diplomu olan müəllimlərin sertifikasiyada iştirak edə bilməyəcəyini, digərləri isə əksini söyləyir.

Bəs diplomu dövlət nümunəli olmayan müəllimlər də sertifikasiyada iştirak edə biləcək?

“Əvvəlki dövrlərdə verilən diplom bazada olmadığı üçün onlara sertifikasiyada iştirak etməyə icazə verilir”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, saxta diplomlu müəllimlərin sertifikasiyaya cəlb olunması ilə bağlı hər hansı bir maneə yoxdur: “Diplomların tanınması, onların araşdırılması ilə bağlı müəyyən problemlər var. Belə ki, saxta diplom 2012-ci ildən əvvələ aiddirsə onun sahibi sertifikasiyaya cəlb oluna bilər. 2012-ci ildən bu yana saxta yolla diplom alanlar isə sertifikasiya imtahanında iştirak edə bilməyəcək. Çünki həmin diplom Təhsildə Keyfiyyət və Təminat Agentliyi tərəfindən tanınmayıbsa onların hansısa qurumda çalışmasına icazə verilmir. Əvvəlki dövrlərdə verilən diplom isə bazada olmadığı üçün onlara sertifikasiyada iştirak etməyə icazə verilir. Sertifikasiyanın da mahiyyəti ondan ibarətdir ki, şəxsin bilik və bacarıqları mövcud tələblərə uyğun deyilsə, müvafiq olaraq bir il müddətinə ona şans verilir. Bir ildən sonra isə xaric olunur və əmək müqaviləsinə xitam verilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.