Bakıda ev almaq istəyənlər, TƏLƏSİN - Növbəti AYLARDA...
31-03-2023, 09:44

İl başlayandan bu günə qədər paytaxtda mənzillərin qiymətində artım müşahidə olunur.
Yeni tikilən mənzillərin, Bakının qəsəbə, kəndlərində olan evlərin və hətta şəhərin mərkəz küçələrində olan bir sıra köhnə tikili mənzillərin qiymətində də artım baş verir.
Bəs binaların bahalaşmasının əsas səbəbi nədir və mənzillərin qiymətində getdikcə daha da kəskin bahalaşma olacaqmı?
Mövzu ilə bağlı Əmlak Məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a danışıb. O, mənzillərin baha olmasının səbəbini torpaq sahələrinin bahalaşmasında gördüyünü və bu prosesin hər zaman artmaqda davam etdiyini bildirib:
“Bakının Ramana, Binə, Mərdəkan, Maştağa və bir sıra qəsəbə yaxud kəndlərində olan orta təmirli bir evin qiymətində ötən aylara nisbətən artım müşahidə olunur. Əsasən də, paytaxtda köhnə tikili olan binalardakı mənzillərdə də kəskin qiymət artımı baş verib, mənzil sahibləri öz evlərini alıcılara fantastik qiymətə təklif edirlər, halbuki həmin binalar istismar müddətini başa vurub və belə binalar aidiyyatı qurumlar tərəfindən qəzalı binalar olaraq qeydiyyatdadır, amma baxırsan ki qiyməti çox bahadır. Qiymət artımına təsir edən əsas səbəb torpaq sahəsinin baha olması və getdikcə daha da bahalaşmasıdır. Təxminən son 10 il ərzində torpaq sahələrində ciddi artım baş verib. Eyni zamanda buna xaricdən gələn tikinti materiallarının da tez-tez bahalaşmasını səbəb göstərə bilərik. Demək olar ki, bir evin tikintisi üçün nəzərdə tutulan bütün ləvazimatlar bizə xarici ölkələrdən gəlir və həmin ölkələrdə baş verən qiymət artımları təbii ki, bizə də təsir edir. Yəni bu göstəriciyə baxdıqda qiymətlərin artan rəqəmlə getdiyinin şahidi oluruq, lakin buna baxmayaraq insanlar aldıqları evin dəyərinin öz qiymətindən çox olmasına baxmayaraq yenədə həmin mənzillərə sahiblənirlər və hazırda bazarda alıcı qüvvəsi çoxluq təşkil edir”.