Maliyyə bazarını gözləyən fəlakət: İnflyasiya, “banklara basqın”...

31-03-2023, 10:15           
Maliyyə bazarını gözləyən fəlakət:
"Baxmayaraq ki, Amerika rəhbərliyi inflyasiyanın yüksəlməsinə inadla məhəl qoymur və iqtisadi problemlərini həll etmək üçün getdikcə daha çox pul çap edir, bu siyasət sonsuza qədər davam edə bilməz".

Publika.az xəbər verir ki, bunu tanınmış rusiyalı iqtisadçı Valentin Katasonov deyib.

Onun sözlərinə görə, son il yarım ərzində ABŞ Federal Ehtiyat Sisteminin yaratdığı izafi pul kütləsi fond bazarında şirkətlərin kapitallaşmasını sürətlə genişləndirəcək.

"Lakin son aylar ölkə rəhbərliyinin iqtisadiyyata buraxdığı izafi likvidlik həcmini sterilizasiya etmək üçün bu sahənin imkanları belə yetərli olmamağa başlayıb. Yaxınlaşan maliyyə fəlakətinin yeni əlamətləri Amerika mağazalarında qıtlıq və istehlak mallarının qiymətlərinin artmasıdır. Nəticə etibarilə, hər şey bununla bitə bilər ki, vətəndaşlar kütləvi şəkildə pullarını bank hesablarından çıxarmağa başlayacaqlar və inflyasiya onları ucuzlaşdırana qədər gözləməmək üçün bütün pullarını xərcləyəcəklər", - ekspert bildirib.

Bu baxımdan, analitik insanların bütün əmanətlərini maliyyə institutlarından çıxarmağa başlayacağı gözlənilən “banklara basqını” istisna etməyib.

"Amerika hakimiyyəti üçün bu, fəlakət olacaq, çünki əhali arasında çaxnaşma, şübhəsiz ki, domino effektinə gətirib çıxaracaq".

Akqabay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru