Bina evində yaşayanlara VACİB XƏBƏR: “Su fasilələrlə veriləcək, çən qoysunlar…” – VİDEO

2-04-2023, 00:11           
Bina evində yaşayanlara VACİB XƏBƏR: “Su fasilələrlə veriləcək, çən qoysunlar…” – VİDEO
Hələ yazdır, ancaq ölkədə içməli su qıt olduğu üçün qrafiklərlə verilir.

Bəs suya tələbatın dəfələrlə artdığı yayda vəziyyət daha da qəlizləşəcəkmi?

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibı Anar Cəbrayıllı “Xəzər Xəbər”ə bildirib ki, yay aylarına su ehtiyatını qorumaq üçün içməli su fasilələrlə verilməyə başlanıb.

Onun sözlərinə görə, suyun fasilələrlə verilişi xüsusilə Bakıətrafı qəsəbələri, kəndləri, yeni massivləri əhatə edir.

Ölkə ərazisində suyun fasilələrlə verilməsi su çənlərinə də tələbat yaradır. “Bəs onda bir neçə il əvvəl binaların damlarındakı çənləri niyə sökdülər” sualına isə “Azərsu” sözçüsü cavab olaraq deyib ki, çəndən istifadə qadağan deyil.

Bildirilib ki, vətəndaşlar istər evin içərisində, sanuzellərdə, yaxud binanın damlarında su çənlərini bərpa edib istifadə edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru