Uşaq evindəki həqiqətləri dedi, ruhi xəstəxanaya yerləşdirildi - VİDEO

2-04-2023, 00:02           
Uşaq evindəki həqiqətləri dedi, ruhi xəstəxanaya yerləşdirildi - VİDEO
Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evindən şikayətlənərək orada verilən qidaların azlığı və keyfiyyətsizliyini dilə gətirib.

Yeniyetmənin narazılığının qeydə alındığı video yayıldıqdan sonra o, psixiatriya xəstəxanasına yerləşdirilib.

Baku TV-nin əməkdaşı həmin yeniyetməni görmək üçün sözügedən psixiatriya xəstəxanasına üz tutub. Belə ki, bir çox insan yeniyetmənin ruhi xəstə olduğuna inanmayaraq onun gizlədildiyini iddia edib.

Lakin oradan psixiatriya xəstəxanasının qapalı xəstəxana olduğunu bildirərək uşağın üzünü göstərməyə icazələrinin olmadığını deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru