Sulutəpə qəsəbəsində küçəni su basıb - VİDEO

2-04-2023, 09:54           
Sulutəpə qəsəbəsində küçəni su basıb - VİDEO
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi bərbad vəziyyətə düşüb.

“Xezerxeber.az”ın məlumatına görə, sakinlər deyirlər ki, hər dəfə yağışdan sonra küçədə böyük gölməçələr yaranır.

Onlarınn sözlərinə görə, Ruslan Allahverdiyev küçəsi yüzlərlə sakinin istifadə etdiyi yoldur və burada 10 saylı Laçın rayon orta məktəbi də yerləşir.

Məsələ ilə bağlı məlumat almaq üçün Xocəsən bələdiyyəsinə üz tutduq. Ancaq küçədəki vəziyyətlə əlaqədar suallarımıza cavab verən olmadı.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Burada həmin sistemin yaradılması, eləcə də yolun asfaltlanması ilə bağlı icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru