"Bu qərardan sonra avtomobil alverçiləri qiymətləri qaldıra bilər" - Ekspert danışır

3-04-2023, 12:26           
"Bu qərardan sonra avtomobil alverçiləri qiymətləri qaldıra bilər" - Ekspert danışır
Nazirlər Kabinetinin 29 mart 2023-cü il “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır. Qərar gələn aydan sonra qüvvəyə minəcək. Yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə qoyulan məhdudiyyət bəzi ekologiyanın çirklənməsinin qarşısını almaqla yanaşı, avtomobil parkının yenilənməsində də böyük rol oynayacaq.
TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı Azərbaycanın köhnəlmiş avtoparkının yenilənməsi istiqamətində atılmış mühim bir qərardır.

Eyyub Əliyev qeyd edib ki, verilən qərarın elektrik mühərrikli avtomobillərə heç bir aidiyyatı yoxdur.

“Elektrikli avtomobillər bizim gələcəyimizə hesablanmış bir addımdır. Eelktrik mühərrikli avtomobillər biz gələcək üçün planlayırıq. Bu gündən təbliğat, təşviqat işləri aparırıq, amma gələcək üçün nəzərdə tutulub”,- deyən ekspert bildiirb ki, bu qərarın ekologiya üçün də müsbət təsirləri olacaq. Onun sözlərinə görə, qərar Azərbaycan avtoparkının yenilənməsinə hədəflənmiş bir addımdır.

“Biz 2019-cu ildən AADA olaraq, bu istiqamətdə aidiyyatı qurumlara, hələ o dövrdə keçmiş baş nazir Novruz Məmmədova məktublar ünvanlamışıq. Bu addımın arxasında kredit faizlərinin aşağı salınması, ilkin ödənişlərin 50 faizdən aşağı salınması məsələsinin də olduğuan ümid edirik. Bilirsiniz ki, elektrikli avtomobillərə ilkin ödəniş 10 faiz, hibrid avtomobillərə 20 faiz, benzin mühərrikli avtomobillər üçün ilkin ödəniş köhnə qayda ilə 50 faizdir. Ümid edirəm ki, bu qərardan sonra Mərkəzi Bankdan da kreditlərlə bağlı müsbət qərar verilər”,- deyən ekspert qeyd edib ki, bu qərar bazara müəyyən şəkildə təsir edə bilər. Onun sözlərinə görə, bu qərardan sonra bazarlarda olan avtomobil alverçiləri qiymətləri qaldıra bilər.

“Yaşı 5-10 ildən yuxarı olan avtomobilləri almayın. 20-25 ilin avtomobillərinə 10 min-15 min manat verməyə dəyməz. Onun yerinə həmin pulu ilkin ödəniş edib, daha müasir avtomobil almaq məqsədə uyğun olar”,- deyə Eyyub Əliyev qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.