Uşaq pulu valideynə yardım məsələsi deyil. Bu, dövlətçilik fəlsəfəsidir
3-04-2023, 15:11
Dövlət vətəndaşla münasibəti o doğulan gündən qurur. Dövlət-vətəndaş münasibəti qarşılıqlı etimad fundamenti üzərində belə yaranır. İsveçdə "barnbidrag" deyilən uşaq pulu aylıq 1250 kron - 125 avrodur. Bu pul sosial nərdivanın hansı pilləsində durmasından asılı olmayaraq, bütün uşaqlara verilir - milyonçu ailəsində yaşayan da, kasıb, işsiz ata-ananın balası da eyni məbləğdə alır onu. Şəklini paylaşdığım İsveç şahzadəsi Viktoriyanın balası da həmçinin. 16 yaşadək bu pul valideynə verilir. Bu yaşdan sonra hər uşağa bank hesabı açılır. 18 yaşadək orta təhsilini davam edən yeniyetmənin özü alır. İsveçin əhalisi bizim kimi 10 milyondur. Ötən il uşaq pulu 32 milyard kron - 3,2 milyard avro ödənilib. Uşaq puluna adi yardım yox, dövlətçilik fəlsəfəsi kimi baxan ölkələrdə belədir. Vahid Qazi Teref.az