Uşaq evindən şikayət edən yeniyetmənin qardaşı: - “Onu xəstəxanaya mən saldım,içir, çəkir”

3-04-2023, 18:31           
Uşaq evindən şikayət edən yeniyetmənin qardaşı: -
“Qardaşımın xəstəxanadan çıxması üçün imzanı atmayacağam”.
TEREF.AZ yazır ki, bunu 3 saylı uşaq evi ilə bağlı şikayət edən və hazırda psixiatriya xəstəxanasında olan Məhəmmədin qardaşı Əli Baku TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, qardaşının vəziyyəti evdə müalicə olunmağa uyğun deyil: “Dedim ki, gəl yanımda qal, birlikdə işləyək, yanımdan qaçdı. Onun müalicəyə ehtiyacı var və mənim buna gücüm çatmır. Müalicədən sonra onu himayəmə götürəcəyəm”.
Qardaşı Məhəmmədin pis vərdişlərinin də olduğunu iddia edir: “Oğurluq edir, siqaret çəkir, içki içir. Bir gün normal danışır, ikinci gün o uşaqdan əsər-əlamət qalmır”.
Əli onu da deyib ki, qardaşının özünə və başqalarına xəsarət yetirməsinin qarşısını almaq üçün prixiatriya xəstəxanasına yerləşdirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru