Müştərinin 4 xurma qədərində xətri də yox imiş... - "İnsaf yaxşı şeydir..."

4-04-2023, 08:59           
Müştərinin 4 xurma qədərində xətri də yox imiş... -
"3 gün öncə "Qoç Ət"in Nərimanov filialında oturduq iftara. Normalda həmişə getdiyim yerdir. İftar üçün süfrəyə su və 4 ədəd xurma da qoymuşdular". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Minə adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş bildirir: "Sonda onu da hesaba qatıblar... Mən bu qədər illik həyatımda ilk dəfədir belə şeylə qarşılaşırdım.

Ramazanda iftar üçün getdiyim çox yerdə hətta çay belə ikram olarkən... bunlar 4 xurmanı da hesaba qatırlar. Məsələ 4 xurmada və 1 balaca butulka suda deyil. O qədər hesabın yanında bundan nə əldə edirsiz ki?..

Onsuz, ramazana görə qiymətləri qaldırmışdız yarı qiymətinə. İnsaf yaxşı şeydir. Müsəlman müsəlmana bunu etməz..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru