"Çinarlı Park"dan "saxta" kampaniya: ƏDV-ni geri geri ala bilərsiniz dedilər, yalan çıxdı

4-04-2023, 11:09           
"Çinarlı Park"dan "saxta" kampaniya: ƏDV-ni geri geri ala bilərsiniz dedilər, yalan çıxdı
"Çinarlı Park" yaşayış kompleksi ƏDV geri alınması ilə bağlı sponsorlu şərh paylaşıb. Şərhdə deyilir: ""Çinarlı Park"dan mənzil aldığınız zaman 9873 manata qədər ƏDV geri ala bilərsiniz."

7NEWS.az xəbər verir ki, Mir Damət adlı mənzil sahibi "Çinarlı Park"dan şikayətçidir. Onun sözlərinə görə şirkət saxta, yalan reklam paylaşmaqla müştəriləri tora salmaq istıyir: "Deyirsiniz, amma, hələ də ƏDV-ni geri ala bilmirik. Zəng vuranda da deyirsiniz ki, bizlik deyik, Vergi problem yaradır. Reklamınızla reallıq üst-üstə düşmür. Bayramdan sonra məhkəməyə müraciət edəcəyik." Maraqlısı odur ki, 1 ay öncə Mir Damət adlı şəxsin yazdığı şərhə şirkıt hələ münasibət bildirməyib.

Bəzi şəxslər isə Mir Damətin bu etirazına reaksiya veriblər. Bina tam hazır olmamış müştərini aldadan tikinti şirkətinə etibar etməyin düzgün olmadığını deyirlər. Bəzi şəxslər isə Türkiyədəki zəlzələni xatırladır və qeyd edirlər ki, belə saxta məlumat yayan tikinti şirkətinin binasının keyfiyyətinə də inanmaq olmaz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru