Psixoloq: “Valideynlər xoşbəxt olmadıqlarına görə övlad da əziyyət çəkir...”

5-04-2023, 13:03           
Psixoloq:
“Valideynlərlə uşaqların təmasında problemlər yarandığına görə uşaqlar referand qrupları sevib, amma öz ailələri ilə normal ünsiyyət qurmurlar. Ona görə də bəzən valideynlərin övladlarında bıçaq və digər əşyaların olduğunu bilmədiyinin də təsadüfinə gəlirik. Bəzən biz soruşuruq və görürük ki, uşağının nə etdiyindən valideyn xəbərsizdir”

Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova valideyn və uşaq münasibətləri haqda danışarkən deyib. Psixoloq bu problemin çox ciddi olduğunu və tədbirlər görülməsinin vacibliyini vurğulayıb:

“Bəzən uşağı başqa bir uşağı vurur, amma valideynin heç uşağının aqressiyasından xəbəri yoxdur. Bunun üçün məktəblərlə valideynlər arasında iş keçirmək lazımdır. İndi kartlar çıxıb, sadəcə bu kartlarla valideynlər də məlumatlanmalıdır. Xaricdə olduğu kimi onların telefonlarına uşaqlarıyla bağlı məlumatlar göndərilməlidir. Çünki uşaqlar məktəbdəki problemi bəzən evdən gizlədə bilir. Valideynlərin özləri bir-biri ilə xoşbəxt olmadıqları üçün övlad da ortada aqressiv bir ata-ana ilə böyüdüyü mühitdə özünü küçədə güclü göstərmək istəyir.

Bunun üçün məktəbin uşaq psixoloqları ilə yanaşı, başqa psixoloqların da məktəbə dəvət olunması, uşaqlarla testlər keçirilməsi, onların bir-birinə olan münasibətlərinə baxılması zəruridir. Kinolardan ilhamlanaraq uşaqlar bir az havalı görünməyə, özlərini qeyri-ənənəvi göstərməyə də meyillidirlər. Ona görə də valideynlərdən yüzə min nəzarəti artırmaq tələb olunur”.

Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.