QMİ-dən alınan nəzir qutuları: Onlar vergidən azaddır...

6-04-2023, 00:04           
QMİ-dən alınan nəzir qutuları:
Ölkəmizdə nəzir qutuları yerləşdiyi məscid və dini ibadətgahların dini icmasının nəzarətində saxlanılır.

Bu icmalar isə öz növbəsində yığılan ianələrlə bağlı müntəzəm olaraq Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) hesabat təqdim edirlər. Bu yaxılarda yayıln xəbərər görə, artıq nəzr qutuları QMİ-nin nəzarətindən çıxarılaraq Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin nəzarətinə verilib.

Maraqlıdır, sözügedən ianələrə görə vergi alınırmı?

TEREF.AZ-ın məlumatına görə, Dövlət Vergi Xidmətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, dini qurumlara (o cümlədən idarələrinə) ödənilən ianələr mənfəət vergisindən azaddır:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin “Qeyd” hissəsinə əsasən “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür. Həmin Qanunun 7-ci maddəsinin müddəalarına əsasən dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxsi olan dini qurumların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

Bundan əlavə, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azad edilib. Qeyd olunanlara əsasən, qeyri-kommersiya hüquqi şəxsi olan dini qurumlara (o cümlədən idarələrinə) ödənilən ianələr mənfəət vergisindən azaddır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.