Moskva meri tikiləcək yeni məscidin məkanını açıqladı

6-04-2023, 12:38           
Moskva meri tikiləcək yeni məscidin məkanını açıqladı
Moskvada Kosino metro stansiyası yaxınlığında sahəsi 2,5 min kvadratmetr olan kiçik bir məscid inşa olunacaq.

Bu barədə çərşənbə günü Moskva meri Sergey Sobyanin sosial şəbəkədə məlumat verib.

“Məscidin tikilməsi təklifinə ilkin olaraq şəhərsalma və torpaq komissiyasında baxılıb. Bu məsələ ilə bağlı Moskva hökumətinin qərarı, müvafiq icra hakimiyyəti orqanlarının heç bir sərəncamı olmayıb. Məscidin sahəsinin 40 000 kv.m olacağı ilə bağlı şayiələr yayılır ki, bu da həqiqətə uyğun deyil. Söhbət 2,5 min kv.m-lik çox kiçik bir obyektdən gedir”, - mer yazıb.

O, bildirib ki, məscid yaxınlıqdakı evlərin sakinlərinə mane olmayacaq və onun ətrafı abadlaşdırılacaq.
“Moskva çoxmillətli və çoxkonfessiyalı şəhərdir. Biz həmişə sülh və harmoniyada yaşamışıq və yaşayacağıq”, - Sobyanin yekunlaşdırıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru