Ukrayna oliqarxlardan qurtuldu, lakin... - Blumberq

7-04-2023, 13:18           
Ukrayna oliqarxlardan qurtuldu, lakin... - Blumberq
Rusiyanın işğalı nəticəsində ukraynalı oliqarxlar aktivlərini və siyasi təsirlərini itiriblər. Lakin ölkədə yeni oliqarxların yaranması riski qalmaqdadır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Beynəlxalq Valyuta Fondu dekabr hesabatında Ukraynada oliqarx maraqlarının bərpasını islahatlar və gələcək donor dəstəyi üçün risklərdən biri adlandırıb. “Marşal planı” adlanan plana ayrılacaq pulların oğurlanması Ukrayna üçün ciddi təhlükəyə çevrilə bilər. Donorlar köhnə oliqarxlardan deyil, yenilərindən qorxurlar”, - məlumatda deyilib.

Agentlik adı açıqlanmayan avropalı diplomata istinadən vurğulayır ki, G7 ölkələri islahatları bərpa etmək və korrupsiya ilə mübarizə aparmaq üçün Ukrayna hakimiyyətinə təzyiq edir:

“Ukraynada hələ də məhkəmə və vergi sistemlərinin təmizlənməsi, eləcə də şəffaflığı təmin etməli olan dövlət proseslərinin rəqəmsallaşdırılması ilə bağlı problemlər var. Bu səbəbdən korrupsiya yenidən Ukraynanın gələcəyini korlaya bilər. Ukrayna getdikcə mərkəzləşmiş və hərbiləşdirilmiş dövlətə çevrilir və Zelenski müharibədən sonrakı liberallaşmaya mane ola biləcək siyasət yürüdür. Hökumət faktiki olaraq iri dövlət şirkətlərinə, xüsusən də əvvəllər İqor Kolomoyskinin maraqları sferasında olan “Ukrnafta” və “Ukrtatnafta”ya tam nəzarəti ələ keçirib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.