“JPMorgan” CEO-su Dimon: “Bank böhranı sona çatmaq üzrədir”

8-04-2023, 11:34           
“JPMorgan” CEO-su Dimon:
“JPMorgan”ın CEO-su Ceymi Dimon bir sıra açıqlamaları ilə diqqət mərkəzinə gəlib.

İndex.az xəbər verir ki, “JPMorgan”ın CEO-su Ceymi Dimon CNN-ə verdiyi müsahibədə bildirib ki, ABŞ bankçılığındakı böhran sona yaxınlaşır.

Dimon, yalnız bir neçə bankın SVB-nin yaşadığı problemlərlə üzləşdiyini, gələn həftə sənaye tərəfindən açıqlanacaq balans hesabatlarının böyük ölçüdə yaxşı olacağını bildirib.

Digər tərəfdən, bankların FED-in təcili likvidlik kanalından istifadəsi azalsa da, banklar öz yüksək səviyyələrini qoruyub saxlayırlar.

ABŞ bankları FED-in təcili likvidlik kanalları vasitəsilə ötən həftə 148,7 milyard dollar istifadə edib.

Əvvəlki həftə bu ölçü 152,6 milyard dollar səviyyəsində idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru