Bakıda havanın çirkliliyindən narahat olan paytaxt sakinləri: “Hər gün təzyiq dərmanı içməli oluram” - VİDEO

8-04-2023, 11:45           
Bakıda havanın çirkliliyindən narahat olan paytaxt sakinləri:
Vətəndaşlar Bakıda havanın çirkliliyindən narahatdırlar.

Xezerxeber.az-ın məlumatına görə, onlar havanın çirkli olduğunu iddia edirlər.

“Havada ağırlıq var. Biraz gəzən kimi təngnəfəs oluram. Rayonlara istirahətə gedəndə orada təzyiqin daha yaxşı olur, Bakıda olarkən hər gün təzyiq dərmanı içməli oluram”, - deyə şəhər sakinləri qeyd ediblər.
Mövzuya münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nizami Mahmudov deyib ki, Bakıda hava ilə bağlı sutkalıq norma yerindədir. O qeyd edib ki, yalnız bəzi ərazilərdə və günün pik saatlarında hava çirklənir.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru