AMEA-nın tenderini keçmiş şöbə müdiri uddu - Əl əli yuyar əldə...

10-04-2023, 12:21           
AMEA-nın tenderini keçmiş şöbə müdiri uddu - Əl əli yuyar əldə...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla bildirir ki, tender müsabiqəsinin qalibi “Region Press” MMC (VÖEN – 2000827481) olub.
“Region Press” MMC Fizika İnstitutunun sifarişi əsasında Rusiyada nəşr olunan 8 adda elmi jurnalları satın alacaq. Satın alınacaq jurnallar üçün 12 min 143 manat 44 qəpik ödəniləcək.
Qeyd edək ki, “Region Press” MMC 07.09.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 21, m. 44 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğludur.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğlu 2019-cu ilə kimi AMEA-da Mətbuat orqanları şöbəsinin müdiri olub.
Onu da bildirək ki, AMEA Fizika İnstitutunun ötən il keçirdiyi analoji tenderin də qalibi “Region Press” MMC olub. Keçən il Rusiyada nəşr olunan 9 adda elmi jurnallar üçün 14 min 984 manat 20 qəpik alıb.
Xatıraldaq ki, AMEA Fizika İnstitutunun satın almaq istədiyi elmi jurnalların Rusiyadakı satış (abunə) qiyməti tenderdə qeyd olunan qiymətdən aşağıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru