Daha bir məktəbdə qalmaqal:

12-04-2023, 12:47           
Daha bir məktəbdə qalmaqal:
İsmayıllı rayon 1 saylı tam orta məktəbin müəllim kollektivi şikayətlə Space telekanalında yayımlanan “Gəl danış” proqramına müraciət edib.

TEREF.AZ yenisabah.az-a istinadla xəbər verir ki, məktəbin müəllimi olan Jalə xanımın qanunsuzluqlara sərt reaksiya verməsi kollektivlə onu düşmənə çevirib. Belə ki, Yeni ildə yolkanın şəhidlərin şəkli ilə bəzənməsinə etiraz edən müəllimlə məktəb rəhbərliyi arasında narazılıq yaranıb.

Daha sonra haqsızlıqlarla üzləşən müəllim özünə vəkil tutub və efirə çıxıb. Onun iddiasına görə, məktəb direktoru verilişə çıxdığına görə ona töhmət verib.

Jalə adlı müəllim iddia edir ki, bu hadisələrin ictimailəşməsindən sonra müəllim kollektivi və direktor onu sıxışdırır.

Müəllimin vəkili Loğman Abdullayev isə efirdə bu hadisənin qanun çərçivəsində həll olunacağını bildirib.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru