Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - Kimə nə qədər ödənəcək?

13-04-2023, 16:47           
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - Kimə nə qədər ödənəcək?
Avropa Məhkəməsi bu gün ümumilikdə Azərbaycandan göndərilmiş 38 şikayət üzrə 4 qərardad elan edib.

TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Xalid Ağalı bildirib.
Qərardadlar tərəflərin dostca anlaşmalara və hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.
Bir işdə 6 ərizəçi (Füzuli Hüseynov, Ramid Nağıyev, Rəvan İsmayılov, Əlifaga Abdullayev, Rəmzi Şıxəliyev, Mətanət Mahmarzayeva) toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edib. Dostca anlaşmaya görə, hökumət hər ərizəçiyə 2850 avro ödəyəcək.
Digər bir işdə ədalətli məhkəmə araşdırması, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. Yekun qərar hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərara görə, hökumət ərizəçilərdən Əhsən Nuruzadəyə 2250, digər 19 ərizəçinin hər birinə 1250 avro təzminat ödəyəcək.
Başqa bir işdə də ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. Dostca anlaşmaya əsaslanan qərara görə, hökumət Qorxmaz Əliyevə 1250, İlqar Hüseynov və Ş.Həsənovun hər birinə 2250 avro ödəməlidir.
Növbəti bir işdə toplaşmaq, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. Tərəflər dostca anlaşıblar. Qərardada əsasən, hökumət ərizəçilərdən Abulov və Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin hər birinə 2850 avro təzminat ödəyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru