Aİ Ukraynaya 1 milyard avroluq hərbi yardımın ayrılmasını təsdiqlədi

14-04-2023, 08:44           
Aİ Ukraynaya 1 milyard avroluq hərbi yardımın ayrılmasını təsdiqlədi
Avropa İttifaqı (Aİ) Şurası Ukraynanı sursatla təmin etmək üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.
Tribunainfo.az Aİ Şurasının rəsmi internet saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ Xarici siyasət və Təhülkəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell təsdiqləyib.Borrel qeyd edib ki, Şura bu gün Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu (APF) çərçivəsində 1 milyard avro dəyərində yardım paketini təsdiq edib.

Qeyd olunub ki, bu addım, cari ilin 9 fevral – 31 may tarixləri arasında mövcud ehtiyatlardan Ukraynaya döyüş sursatı bağışlamış Aİ-yə üzv dövlətlərə kompensasiya verməyə imkan yaradacaq.
“Bugünkü qərarla biz Ukrayna SQ üçün 1 milyard avro dəyərində artilleriya sursatının qısa vaxt ərzində tədarükünü dəstəkləmək üçün Aİ liderlərinin əldə etdiyi tarixi razılaşmanın birinci hissəsini işə salırıq. Aİ Ukraynanın qəddar rus təcavüzkarına qarşı qanuni özünümüdafiə hüququnu dəstəkləməyə davam edir və bu gün atılan addım da qətiyyətli dəstəyimizin nümayişidir”, – deyə Borrell bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru