“Twitter”də məzmundan pul qazanmaq mümkün oldu - FOTO

14-04-2023, 10:44           
“Twitter”də məzmundan pul qazanmaq mümkün oldu - FOTO
İlon Mask “Twitter”də istifadəçi tərəfindən yaradılan məzmundan pul qazanmaq üçün proqramın işə salındığını elan edib.

Onun sözlərinə görə, istifadəçilər artıq abunəçilərə uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər hər şeyi təklif edə bilərlər.

Kontentdən pul qazanmaq üçün sadəcə parametrlərdə “Monetizasiya” bəndi üzərinə klikləmək kifayətdir.

Mask aydınlaşdırıb ki, proqramın ilk ili ərzində istifadəçilər ödəniş sistemlərinin komissiyası istisna olmaqla, abunəçilər tərəfindən ödənilən vəsaiti tam həcmdə alacaqlar. “Twitter” həmçinin öz məzmununu yaradan hesabların təşviqinə dəstək vermək niyyətindədir.
“Siz istənilən vaxt platformamızı tərk edə bilərsiniz. Daxil olmaq asan, çıxmaq asandır”, - Mask əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru