Evi ziyan görən sakin: “Kənd bələdiyyəsindən gəlib, telefonla şəklini çəkib getdilər” - VİDEO

23-04-2023, 09:44           
Evi ziyan görən sakin:
Aprelin 21-də ölkənin cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti fəsadlara yol açıb.

Masallıda 5-7 dəqiqə davam edən güclü yağış, dolu ilə gələn küləkli hava şəraiti kənd təsərrüfatına, tikililərə və evlərə ziyan vurub.

Rayonun Təzə Alvadı kənd sakini Mübariz Mürsəlov deyib ki, qeyri-sabit hava şəraiti onun yaşadığı evi bərbad hala salıb:

“Ailə üzvlərimiz çöldə qalıb. Kənd bələdiyyəsindən nümayəndə gələrək buranın telefonla şəklini çəkib getdilər. Evin içində olan əşyalar qırılıb”.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru