DYP-nin nəzarət qaydaları dəyişdi - Bu avtomobillər saxlanılmayacaq

15-06-2016, 01:28           

Daxili İşlər Nazirliyi “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

Bu Təlimat Dövlət Yol Polisi (DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir.

Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməliyyat avtomobilləri texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayacaq.

Qeyd edək ki, bu təlimata əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat avtomobilləri də texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayıb. MTN ləğv edilərək, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

APA.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru