İcra başçısının işdən qovulan müavini oğlunun vəhhabiliyindən danışdı — “Mənim oğlum vəhhabi deyil”
4-04-2015, 14:42
“Mənim oğlum vəhhabi deyil”.
Bu sözləri Axar.az-a açıqlamasında Zərdab rayon icra başçısının keçmiş birinci müavini Allahverdi Səfərov deyib. O, bundan sonra da Zərdabda fəaliyyətini davam etdirəcəyini bildirib:
“Hələ ki, evdəyəm və istirahət edirəm. Zərdabda qalmaq niyyətindəyəm. Rayonda bir iş versələr, işləyərəm. Heç yana getmək fikrim yoxdur. Övladın cəzasını valideyn çəkməlidir. Övladım səhv edib, mən də cəzasını çəkmişəm. Heç kimdən narazılığım yoxdur. Allah prezidentin də, icra başçısının da canını sağ eləsin. Övladım artıq cəzasını çəkib bitirib və evdədir”.
Səfərov həmçinin oğlunun dərviş toyu keçirmədiyini deyib:
“Mənim övladım vəhhabi deyil və bu təriqətə də qoşulmayıb. Onun heç bir dərviş toyu-filan olmayıb. Bunların hamısı yalan söhbətdir”.
Qeyd edək ki, Allahverdi Səfərovun oğlunun vəhhabi olması haqqında informasiya yayılıb.
Rayondan aldığımız digər xəbərdə də ata-oğul Səfərovların qeyri-ənənəvi dini cərəyana qoşulmaları ilə bağlı heç bir məlumat olmadığı, əksinə, oğulun içkiyə meyilli olduğu bildirilib.
A.Səfərovun oğlu Ceyhun Səfərov martın 22-də saat 16:00-da sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Bundan sonra isə Zərdab Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Səfərova 5 sutka həbs verilmişdi.