“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır” – BEYLƏQAN SAKİNİ “ZƏFƏRAN” KLİNİKASININ HƏKİMİNDƏN

4-05-2023, 17:34           
“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır” – BEYLƏQAN SAKİNİ “ZƏFƏRAN” KLİNİKASININ HƏKİMİNDƏN
Beyləqan rayon sakini Kərimova Rahilə İsa qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi həyat yoldaşının ölümündə “Zəfəran”Klinikasının həkimi Eldəniz Əliyevi günahlandırır.
“Mən, Kərimova Rahilə İsa qızı, yazaraq sizə bildirirəm ki, yoldaşımın ölümünə səbəb olan həkim azadlıqda gəzir. 08.04.2023-cü ildə bizi Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Yusif Umudovun qəbulunda olduq. Bizə bildirdi ki, gözünüz aydın, məhkəmə tibb eksperti işə sizin xeyrinizə xitab verib.

Sənəddə rüşvət və dərmanların pullarının ödənilməsi yazılmışdı. Yusif Umudova inanıb, məhkəmənin vaxtını gözləməyə başladıq. 18.04.2023-cü ildə bizə məhkəmədən məktub gəldi. Məktubda ekspert rəyinin tam əksi, "həkim səhlənkarlığının olub-olmadığı aydınlaşdırılacaq" yazılmışdı.

Kasıb ailəyik, 4 uşaq anasıyam. Müraciətimlə bağlı mənə köməklik göstərməyinizi xahiş edirəm. Bu gün, sabah məhkəmə qərar verəcək ki, həkim səhlənkarlığı da olmayıb. Beləliklə, yoldaşımın qanı batacaq”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərdc etməyə hazırıq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru