Səfər Mehdiyevin bostanına atılan DAŞ... - NƏ BAŞ VERİR?

4-05-2023, 18:02           
Səfər Mehdiyevin bostanına atılan DAŞ... - NƏ BAŞ VERİR?
Az əvvəl məlumat yayıldı ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində kadr dəyişikliyi olub.

Xəbərdən aydın oldu ki, “Azərterminalkompleks”in Kommersiya şöbəsinin rəisi Xosrov Vahabzadə işdən çıxarılıb.

Onun vəzifəsinin icrası Emin Xanbabayevə havalə olunub. Qeyd edək ki, Xosrov Vahabzadə barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılıb.

Onu da qeyd edək ki, Xosrov Vahabzadə də əslində keçmiş DGK şefi Səfər Mehdiyevin kadrıdır. Doğrudur, Səfər Mehdiyev buna qədər məhz Ehtiram Xəlilovla işləmişdi, amma Xosrov Vahabzadə də onun adamı hesab olunurdu.

DİA.AZ-a danışan mənbə bildirir ki, yaxın günlərdə gömrükdə yeni həbslər olacaq: "Bu da birbaşa olaraq Səfər Mehdiyevin olan-qalan "dayaqlarının" sıradan çıxarılması üçün düşünülüb:

"Səfər Mehdiyev uzun illərdir gömrük sistemində çalşır. İddia edirlər ki, hələ də hər ay 200 min manata yaxın vəsait məhz Mehdiyevin cibinə axır..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərrəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru