Bazarda kilosu 70 manata olan gilasın özəlliyi nədir? – VİDEO

5-05-2023, 12:14           
Bazarda kilosu 70 manata olan gilasın özəlliyi nədir? – VİDEO
Həmişə bazarlarda mövsümü olmayan meyvələr bahalığı ilə seçilir.
Teref.az Xəzər TV-yə istinadən xəbər veri ki, bazara yerli gilas çıxarılıb. Kilosu 70 manata təklif olunan meyvənin ucuzları da var, axtarsanız kilosunu 20 manata da tapmaq olar.
“Ancaq ölçüsü və dadında fərq olacaq.”
Satıcılar bidirdi ki, satılan gilaslar Şəmkir məhsuludur.
Onların sözünə görə, alıcıları kifayət qədərdir. Bildirildi ki, satılan gilas istixanada yetişsə də, ağacdan dərilir.
Piştaxtada mövsümü olmayan tuta da rast gəlmək olur. Onun da kilosu 15 manatdan başlayır. Göyçay və Sabirabad məhsuludur.
“Alıcılar isə qiymtələrin bahalığında gileylidirlər.”
Satıcılar bildirdi ki, 2 həftədən sonra gilasın və tutun qiyməti kəskin ucuzlaşacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru