İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar - FOTO

5-05-2023, 10:44           
İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar - FOTO
İranlı gənclər ehtiyac üzündən daxili orqanlarını satmaq məcburiyyətində qalırlar və bu məqsədlə İraqa üz tuturlar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Kanal həmin elanlardan bəzilərini təqdim edib: “28 yaşlı idmançıya məxsus mənfi qan qrupu olan böyrək satılır. Qiymət razılaşma yolu ilədir”, “Kornea, göz, sümük iliyi, qaraciyər təcili satılır” və s.
Bildirilir ki, bədən orqanlarının satışı konkret yaş qrupu və ya konkret cinslə məhdudlaşmır. Bu insanların əksəriyyəti 18-40 yaş arasındadır. Bəzən insan orqanlarının müştəriləri bu böyük məbləği ödəyə bilmirlər, çünki onların bir çoxu öz yaxınlarının həyatını xilas etmək üçün öz evini, avtomobilini satmalı olur. Ona görə də, bədən orqanlarını satmaq istəyənlər xaricə üz tuturlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru