“Accessbank”da kütləvi istefalar – İDARƏ HEYƏTİ BANKI TƏRK EDİR?

15-05-2023, 10:23           
“Accessbank”ın Marketinq Departamentinin rəhbəri Ceyhun Atayevin istefası barədə məlumat vermişdik. Məlum olub ki, “Accessbank”da departament rəhbərindən başqa istefalar da olub.

araz.az xəbər verir ki, bankın idarə heyətində də kütləvi istefaların olduğu haqda məlumatlar var. Bu istefalar arasında “Accessbank”ın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Orxan İsmayılovun da adı hallanır. Ondan başqa İdarə Heyətində iki nəfər də “Accessbank”ı tərk edib.

Departament və İdarə Heyətinin bankı tərk etməsi “Accessbank”da ciddi problemlərin olması barədə siqnallar verir.

Qeyd: İstefa verən şəxslərin vəzifələri və adları barədə daha geniş məlumat təqdim edəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru