Elektrik dirəyinin yerinin dəyişdirilməsi Sumqayıtda səs-küy yaradıb - VİDEO

17-05-2023, 10:56           
Elektrik dirəyinin yerinin dəyişdirilməsi Sumqayıtda səs-küy yaradıb - VİDEO
Sumqayıtda yüksək gərginlikli elektrik dirəyinin yerinin dəyişdirilməsi yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, şəhərin İnşaatçılar qəsəbəsi gecəqondu məhəlləsi adlanan ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşayış evlərinin yaxınlığında yüksək gərginlikli elektrik xətti çəkilməklə dirəklər quraşdırılır. Bu da sakinlər üçün təhlükə deməkdir.

Azərenerji ASC-nin Sumqayıt şəhər Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin iş icraçısı Rasim Ağamirov bildirib ki, onlar ərazidə işi tam qanuna uyğun şəkildə icra edirlər:

“Ərazidə yaşayan sakinlər vaxtı ilə burada məskunlaşarkən Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin elektrik dirəkləri orada mövcud olub. Sakinlər ərazidə yaranmış problemlə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər”.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru