Xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

18-05-2023, 10:08           
Xarici ticarət dövriyyəsinin həcmi açıqlandı
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsindən Bakupost.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.
4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,45 %, idxal isə 31,1 % artıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 287 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,4 % azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru