"Günahsız işdən çıxarılmışam, kömək edin..."-. Fəhlə imdad diləyir..
18-05-2023, 11:14
Biləsuvar rayonu, Dərvişli kənd sakini İsgəndərov Rəşad Ərşad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işlədiyi Heydər Əliyev adına Neft Emalı Zavodundan qeyri-qanuni olaraq işdən çıxarıldığını deyir:
“Mən, İsgəndərov Rəşad, Heydər Əliyev adına Neft Emalı Zavodunda, podratçı firmada – “İlk inşaat” firmasında işləyirdim.
Yanvar ayının 5-də Ali Riza Taçyıldız adlı kürd əsilli bir adam, heç bir əsas göstərmədən mənim işimə son verdi. Həmin vaxt işimdə qalmağım üçün əlimdən gələni etdim, amma yenə də “işdən azadsan” sözünü eşitdim. Günahım, səhvim nə idi bilmədim.
İşdən çıxarıldığım gündən indiyə kimi - 4 aydır SOCAR-a məktublar yazıram. Heç bir məktubuma cavab ala bilmirəm.
Sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırın, bəlkə məni yenidən işimə qaytaralar. İşsiz ailə saxlamaq olmur. İş yeri yoxdur. Xahiş edirəm, mənə kömək edin”. //Hurriyyet.az//