Nehrəmlilər İcra başçısından ş.ikayət edirlər: "Suyu özü üçün istifadə edir!"
18-05-2023, 15:31
Babək rayon Nehrəm qəsəbə sakinləri prezident İlham Əliyevə müraciət ünvanlayır. Əsasən susuzluqdan gileylənən qəsəbə sakinləri rayonun icra hakimi Rasim Hüseynovdan şikayət edir. Onların iddiasına görə, Rasim Hüseynov rayonun kəndləri üçün nəzərdə tutulmuş suvarma suyunu öz şəxsi məqsədləri üçün istifadə edir. Qəsəbə sakinləri icra hakminin istfasını tələb edirlər.