Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez qaytarılmalıdır - Yoxsa bütün Bank sektoruna baş ağrısı gətirəcək...

19-05-2023, 09:38           
Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez qaytarılmalıdır -
"Günay Bank”-ın Azərbaycan Bank bazarına yenidən daxil olması zatən müəmmalarla, suallarla dolu idi.
Hətta 2018-də sədr müavini 100 mln. manat, 2021-də isə filial rəhbərlərindən biri 53 mln. manat mənimsəmə iddiası ilə saxlanılmışdı.
Ümumiyyətlə, 90-ların biznes və siyasi elitası ciddi problemdir, amma indi “Günay Bank” ləğv edildisə bunun bütün Bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir – Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır. Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu bütün Bank sektoruna baş ağrısı gətirəcək – zətən ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq olan sahədir, bizim banklar hələ də 19-cu əsrin Bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar.
21-ci əsrin bankları başqa cür işləyirlər, onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə investisiya bankçılığı yoxdur, bu da nə Mərkəzi Bankın, nə də bank sisteminin günahı deyil – siyasi sistem və idarəetmə problemidir...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru