"1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunları vətəndaşlarımızı necə tələyə salır? — Deputat hüquq-mühafizə orqanlarına çağırış etdi

20-05-2023, 00:15           
"1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunları vətəndaşlarımızı necə tələyə salır? — Deputat hüquq-mühafizə orqanlarına çağırış etdi
"Mən Azərbaycanda qanunsuz mərc oyunlarının keçirilməsinin tərəfdarı deyiləm. Çünki əgər bunlar müəyyən qaydada insanların həyatına, onların psixologiyası, maddiyyatına ziyan gətirirsə, kimisə kədərləndirirsə, bunu keçirmək düzgün deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Azərbaycanda "1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunlarının yayılmasının zərərindən danışan deputat bildirib ki, bu cür fəaliyyətlər insanlarımızda ciddi problemlər yaradır:

"Təəssüf edirəm ki, belə oyunlarının keçirilməsi bir çox hallarda ailələrin dağılmasına, insanların müflis olmasına, digər neqativ hallara səbəb olur. Qanunsuz oyunların keçirilməsi tamamilə dövlətin qoyduğu qayda-qanunlara, qanunvericiliyə ziddir. Çünki Azərbaycanda qanuni mərc və lotereya oyunları müvafiq qaydada dövlət tərəfindən nəzarətdədir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar tənzimlənir. Amma xaricdən Azərbaycan vətəndaşlarına təklif olunan bəzi qumar növləri ilə ciddi mübarizə aparılmalıdır. Əgər qanunsuz oyunlar varsa və bu oyunlardan əldə olunan vəsait xarici ölkələrə çıxarılırsa, bu, yolverilməzdir. Müvafiq orqanlarımız bununla bağlı lazımi tədbirlər həyata keçirilməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru