Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər

21-05-2023, 09:34           
Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC və Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.

Bu barədə Cebhe.info-ya agentlikdən bildirilib.

Məlumata görə, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin istehsalını nəzərdə tutur.

Memorandumu “Azərmaş”ın sədri Emin Axundov və "Sollers"in baş direktoru Nikolay Sobolev imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru