Plastik düyü terroru- “Araz Market” əhalini belə zəhərləyir – VİDEOFAKT

22-05-2023, 16:49           
Plastik düyü terroru-
TvPress.Az xəbər verir ki, tanınmış jurnalist Savalan Talıblı “Araz Market” şəbəkəsinin 20-ci sahədəki mağazasından aldığı düyünün bişirilərkən dəhşətli hala gəldiyi haqda videomaterial hazırlayıb. Belə ki, bu mağazadan alınmış Pakistan istehsalı olan “Mümtaz” düyüsünü bişirmək istəyərkən düyü pis qoxu verərək tamam əriyib bir-birinə yapışıb və məhsulun plastik maddə olduğu ortaya çıxıb. Qeyd edək ki, qablaşdırılmış formada satılan və üzərində Basmati düyüsü olduğu iddia edilən bu məhsul Az Mulk (PVT) LTD adlı şirkət tərəfindən istehsal olunub və qablaşdırılıb. Şirkətin Azərbaycan üzrə distribütoru və mağazaya məhsulun tədarükçüsü Ceylan MMC-dir. Bu məhsulun düyü olmadığını, kimyəvi maddə olduğunu həyətdəki pişik belə anlayıb, ona verilən bişmiş düyünü yeməyib.

Ətraflı videoda
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
@tvpress.az ARAZ MARKET ƏHALİNİ PLASTİK DÜYÜ İLƏ ZƏHƏRLƏYİR #araz #market #düyü #qida ♬ Epic Legend - Auracle












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.