Temperatur 4 dərəcə artacaq - Paytaxt köçürüləcək

23-05-2023, 11:27           
Temperatur 4 dərəcə artacaq -
Qlobal istiləşməyə görə, iqlim 5 dərəcə artsa, Rusiyanın paytaxtı Sibirə köçürüləcək.

Publika.az xəbər verir ki, bu fikri “RİA Novosti”- yə klimatoloq Aleksey Kokorin bildirib.

Onun hesablamalarına görə, 2080-ci ilə qədər planetin temperaturu sənaye öncəsi dövrə nisbətən 2-2,5 dərəcə yüksələcək. Eyni zamanda, Paris Sazişi və bəşəriyyətin digər cəhdləri bu prosesi dayandıra bilməyəcək. Bu, istilik dalğalarının planeti ən azı iki-üç dəfə daha tez-tez əhatə etməyə başlamasına səbəb olacaq.

Kokorin ən pis halda planetdəki temperaturun 4,5-5 dərəcə yüksələ biləcəyini deyib.

“Yəqin ki, yayda Moskvada yaşamaq mümkün olmayacaq. Temperatur həqiqətən də bu qədər artsa, o zaman paytaxt, Krasnoyarsk və ya Novosibirskə köçürülməli olacaq" ekspert deyib.

Bundan əvvəl alimlər qlobal istiləşmə fonunda humanitar fəlakətlərin daha da ağırlaşacağını proqnozlaşdırmışdılar. Mütəxəssislər iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox sərmayə qoyulmasının lazım olduğunu qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru