Bakıda içməli su qıtlığı olacaq? – Rəsmi

23-05-2023, 12:45           
Bakıda içməli su qıtlığı olacaq? – Rəsmi
Bakı və bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərsu Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, içməli su qıtlığının yaranmaması üçün Azərsu ASC kifayət qədər tədbirlər görüb:

"Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni, əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və bakıətrafı ərazilər eyni qayda ilə içməli su ilə təmin ediləcək".

A.Cəbrayıllı bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatı var:

"Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru