Dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli dərəcədə artıb

23-05-2023, 16:44           
Dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli dərəcədə artıb
2022-ci ildə dövlət müəssisələrinə subsidiyalar əhəmiyyətli artaraq cəmi subsidiyalarda ən yüksək xüsusi çəkiyə sahib olub.

"Unikal" xəbər verir ki, hesabat ilində dövlət büdcəsində subsidiyalar üzrə 1401,7 mln. manat məbləğində vəsait icra edilmişdir ki, bu da proqnozla müqayisədə 2,6% az, 2021-ci ilin icrası ilə müqayisədə isə 1,2% çoxdur. Subsidiyanın əvvəlki illə müqayisədə artımı dövlət müəssisələrinə subsidiyaların 25,0% artımı, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyaların isə müvafiq olaraq 26,6% və 13,0% azalması fonunda baş vermişdir.

Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli artımı nəticəsində bu subsidiyaların cəmi subsidiyalarda payı 9,5 faiz bəndi artaraq 49,8%-ə yüksəlmiş və ən yüksək xüsusi çəkiyə sahib olmuşdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru