Bakıda yeni radar quraşdırıldı - VİDEO

24-05-2023, 12:08           
Bakıda yeni radar quraşdırıldı - VİDEO
Bakıda yeni radar cihazı quraşdırılıb.

Teref.az Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər'” istiqamətində yolun sağ tərəfində qoyulub.

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

Ekspert deyir ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir.

Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır.

Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusunun hələlik test mərhələsində olduğunu və ona görə də heç bir cərimə qeydə almadığını bildirib.

Daha ətraflı videomaterialda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.