Bölgəmizin aparıcı qüvvəsi olmağımız üçün...- Doğrudanmı belə olacaq?
24-05-2023, 12:33
Yavaş-yavaş yollar da açılacaq, sülh də olacaq, indiki Ermənistan ərazisində əsrlərlə yaşayan türklər öz torpaqlarına bir güllə belə atmadan qayıdacaqlar - sadəcə səbr, ağıllı siyasət, güclü iqtisadiyyat, azad vətəndaş, ədalətli sistem qurmaq lazımdı. Yerdə qalanı pul, biznes, demoqrafiya həll edəcək - bəzi kiçicik addımlar da olur: Məsələn, bu ilin ilk 4 ayında Azərbaycanın mülki təyyarələri Ermənistanın hava məkanından istifadə etdikləri üçün qonşu ölkəyə 39 min 968 avro ödəyib, qonşular da məmnuniyyətlə o pulu qəbul ediblər. Yaxın 10-15 ildə bizim biznes, enerji və logistik cəlbediciliyimiz bölgədə demokrafik üstünlüyümüzlə paralel artacaq - bu zamanı doğru dəyərləndirməliyik. Bölgəmizin aparıcı qüvvəsi olmağımız üçün indiki mənasız və perspektivsiz idarəetmə sistemi mütləq dəyişməlidir. Sonra çox şey düzələcək, bizim millət çox çalışqandır, orqanik ağla, bacarığa malik toplumuq. Yəni, uşaqlar var, şərait yoxdur, deməli şəraiti qurmaq lazımdlr.. Natig Cəfərli Teref.az