Bankirlər zənginləşir, vətəndaş kasıblayır - FAKT BUDUR!

26-05-2023, 17:12           
Bankirlər zənginləşir, vətəndaş kasıblayır - FAKT BUDUR!
Azərbaycanın bank sektoru 2023-cü ilin ilk 4 ayını 345 milyon 194 min manat xalis mənfəət ilə başa vurub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39% və ya 97 milyon 94 min manat çoxdur. Azərbaycanın bank sektoru 2022-ci ilin ilk 4 ayını (yanvar-aprel) 248 milyon 100 min manat xalis mənfəət ilə bağlamışdı.

Mərkəzi Bankın məlumatına görə, yanvar-aprel dövründə bankların faiz gəlirləri 1 milyard 97 milyon 100 min manat, qeyri-faiz gəlirləri isə 374 milyon 935 min manat təşkil edib. Faiz gəlirlərinin 810 milyon manatını kreditlər üzrə faiz gəlirləri təşkil edib. Cari ilin ilk 4 ayında bankların cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 472 milyon 29 min manat, cəmi əməliyyat xərcləri 959 milyon 88 min manat, əməliyyat mənfəəti 512 milyon 941 min manat təşkil edib.

2022-ci ilin ilk 4 ayında bank sektorunun faiz gəlirləri 815,3 milyon manat, qeyri-faiz gəlirləri isə 327,3 milyon manat, əməliyyat mənfəəti 389,6 milyon manat təşkil etmişdi. Qeyd edək ki, cari ilin ilk 4 ayı üçün toplanan 1 milyard manat faiz gəlirləri yüksək rəqəmdir.

Bunun səbəbi hazırda ölkədəki yüksək kredit faizləridir?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bankların faiz gəlirləri əsasən kreditlə bağlı olur:

“Ümumilikdə bankların gəlir növləri çoxdur. Məsələn, pul köçürməsinə, bankomatdan pul çıxarılmasına görə, komissiya alırlar, bu faiz gəliri deyil. Söhbət faiz gəlirindən gedirsə, kreditlə bağlıdır. Ancaq öncə kredit portfelinə baxmalıyıq, cəmi kredit məbləği nə qədərdir ki, onun faiz gəliri də bu qədər təşkil edir.

Amerika banklarının faiz gəlirlərinə baxsaq, bəlkə də 1 milyard deyil, 10 milyard faiz gəliri götürüblər. Çünki orada kredit daha çox verilir. Ona görə də o nöqteyi-nəzərdən baxmaq lazımdır ki, hansı kredit həcmindən söhbət gedir. Ancaq bu, bir reallıqdır ki, Azərbaycanda kredit faizləri yüksəkdir və buna şübhə yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.