Aİ rusiyalıların dondurulmuş aktivlərinin məbləğini açıqladı 28-05-2023, 12:13 May ayının sonuna olan məlumata görə, Avropa İttifaqı (Aİ) sanksiyaya məruz qalan rusiyalıların 24,1 milyard avro şəxsi vəsaitlərini dondurub.Bu barədə Avropa Komissiyasına (AK) istinadən məlumat yayılıb.Bildirilib ki, bu məbləğ 2022-ci ilin dekabrına qədər 18,9 milyard avro olub.Qeyd edək ki, hazırda 1473 rusiyalı iş adamı və 205 şirkətin vəsaiti Aİ tərəfindən sanksiyalara məruz qalıb.Mənbə: gazeta.ru Facebook-da paylaş