Saleh Məmmədovun idarəsinin gəlir və xərcləri niyə 4 milyard manatı aşıb?

26-06-2023, 11:04           
Saleh Məmmədovun idarəsinin gəlir və xərcləri niyə 4 milyard manatı aşıb?
AAYDA-nın maliyyə hesabatında göstərilir ki, ötən ilin gəlir və xərcləri 2021-ci illə müqayisədə 2 dəfə çox olub.
2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri 4 milyard 080,377 milyon manat təşkil edib.
Qurumun maliyyə hesabatında göstərilir ki, bu, 2021-ci illə müqayisədə 2 dəfə çoxdur.
AAYDA-nın ötənilki gəlirlərinin hamısı əvvəlki ildə olduğu kimi əməliyyat gəlirləri olub.
Agentliyin xərclərinə gəlincə, qurumun material xərcləri 1 milyard 015,643 milyon manat (əvvəlki ilə nisbətən 48,2 % çox), inzibati xərcləri 119,71 milyon manat (1,3% çox), sair əməliyyat xərcləri isə 2 milyard 945,024 milyon manat (2,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 27 milyard 397,103 milyon manat olub ki, bu da illik müqayisədə 21,5% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 56,2% artaraq 356,05 milyon manata, balans kapitalı isə 21,1% artaraq 27 milyard 041,053 milyon manata, o cümlədən nizamnamə kapitalı 0,5% artaraq 716,534 milyon manata çatıb.
2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) kredit borclarının qaytarılmasına 4,5 milyon manat yönəldib. Bu, 2021-ci illə müqayisədə 19,6 % azdır.
Ötən il agentliyin kreditlərə çəkdiyi xərc onun ümumi xərclərinin 0,1 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,3% olub.
sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru