Ötən il əcnəbilər Azərbaycan hotellərinə nə qədər ödəniş ediblər?
27-06-2023, 08:44
Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə mehmanxana və mehmanxana tipli müəssisələrin göstərdikləri xidmətlərin məbləği açıqlanıb.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verilib.
Bildirilib ki, 2022-ci il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş məbləğ 138 milyon 766,6 min manat təşkil edib. Qeyd edək ki, 2021-ci ildə bu rəqəm 47 milyon 373,1 min manat olub.